- Baxış sayı: 36
- 29 Mart 2026 14:51
- Baxış sayı: 121
- Mart 29, 2026
- 0

«Bu gün yaxşı oynadıq. «Qarabağ»ın qapısında çoxlu qol vəziyyətləri yaratdıq və 3 dəfə fərqləndik. Azarkeşlərə qələbə söz vermişdim. Sevinirəm ki, bunu gerçəkləşdirdik».
Bu açıqlamanı Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Liberetsdə «Qarabağ»a qalib gələn «Slovan»ın baş məşqçisi İndrjix Trpişovski verdi. Çex mütəxəssis dedi ki, komanda tənqiddən nəticə çıxarıb:
«Bu gün yumruq kimi bir olduq. Onlar verilən bütün tapşırıqları yerinə yetirdilər. Biz çoxdandır ki, qələbəyə həsrət idik. Çalışacağıq ki, PAOK-la səfərdə də qələbə qazanıb mərhələ adlayaq».