- Baxış sayı: 96
- 11 Fevral 2026 23:26
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

“Tottenhem” klubu baş məşqçisi Tomas Frankı istefaya göndərib.
Allsport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyinin bu qərarı komandanın son vaxtlar nümayiş etdirdiyi uğursuz nəticələrlə əlaqələndirilir. Belə ki, “Tottenhem” doğma meydanda “Nyukasl”a 1:2 hesablı məğlubiyyətdən sonra premyer liqada 14-cü pilləyə enib. Cari mövsümdə keçirdiyi 17 oyunda cəmi 2 qələbə qazanan London klubu hazırda aşağı liqaya düşmək təhlükəsindən cəmi 5 xal uzaqdadır.