- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Brayton”, “Boka Juniors”un dayaq yarımmüdafiəçisi Ezequiel Fernandez üçün 10 milyon avro təklif etməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, daha əvvəl mətbuatda 21 yaşlı futbolçu ilə “Spartak”ın maraqlandığı xəbəri yayılmışdı. Bu məlumatı futbolçunun nümayəndəsi də təsdiqləyərək argentinalının 15 milyon avroya “Boka”dan ayrıla biləcəyini bildirmişdi.
Cari mövsümdə o, Argentina klubunda 43 oyun keçirib, 2 məhsuldar ötürmə edib, 8 sarı və 2 qırmızı vərəqə alıb.