İngiltərə millisinə 25 futbolçu dəvət olundu

İngiltərə millisinin millətlər liqası üçün heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, İngiltərə millisi oktyabrın 10-da Yunanıstan, 13-də Finlandiya ilə keçirəcəkləri oyun üçün 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Nik Pope (“Nyukasl”).

Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Levi Koluill (“Çelsi”), Mark Quehi (“Kristal Pelas”), Ezri Konsa (“Aston Villa”), Riko Lyuis, Con Stouns, Kayl Uoker (hamısı “Mançester Siti”).

Yarımmüdafiəçilər: Cud Bellinqem (“Real Madrid”), Fil Foden (“Mançester Siti”), Konor Qallager (“Atletiko Madrid”), Morqan Qibbs-Uayt (“Nottingem Forest”), Anxel Qomez (“Lill”), Kobbi Maynu (“Mançester Yunayted”), Koul Palmer (“Çelsi”) , Deklan Rays (“Arsenal”).

Hücumçular: Entoni Qordon (“Nyukasl”), Cek Qriliş (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Noni Madueke (“Çelsi”), Bukayo Saka (“Arsenal”), Dominik Solanke (“Tottenhem”), Olli Uotkins (“Aston Villa”).

Həmin kateqoriyadan