- Baxış sayı: 47
- 12 Fevral 2026 23:16
- Baxış sayı: 26
- Fevral 12, 2026
- 0

ESPN nəşri İngiltərə premyer liqası tarixinin ən uğursuz transferlərinin reytinqini dərc edib.
Allsport.az xəbər verir ki, 50 futbolçudan ibarət siyahıya 2022/2023 mövsümündə “Şaxtyor”dan 70 milyon avroya alınan Mixail Mudrik başçılıq edir.
Siyahıda Mudriki Antoni (95 mln. avro), Nikolya Pepe (80 mln. avro) və azad agent kimi transfer edilən, lakin cəmi bir oyun keçirən Əli Dia izləyir. İlk onluqda həmçinin Romelu Lukaku, Ceydon Sanço və Kelvin Fillips kimi bahalı transferlər yer alıb.
Mudrikin reytinqdə liderliyinə təkcə zəif performansı deyil, həm də karyerasındakı son hadisələr təsir edib. 2024-cü ilin dekabrında onun dopinq testində qadağan olunmuş maddə (meldonium) aşkarlandığı üçün futbolçu yaşıl meydanlardan uzaq qalıb. Ukraynalı yarımmüdafiəçi “Çelsi” ilə çıxdığı 73 matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.