İngiltərənin ən yaxşı stadionları

İngiltərə premyer liqasının ən yaxşı və ən pis stadionları məlum olub.

Allsport.az xəbər verir ki, qiymətləndirmədə bir neçə amil nəzərə alınıb: oyun zamanı stadiondakı ab-hava, tribunadan görünüş, arenanın nəqliyyat üçün əlçatanlığı və yeri, eləcə də stadionun özünün dizaynı.

1-ci yeri liqanın hazırkı lideri “Tottenhem”in stadionu, ikinci yeri “Nyukasl”ın arenası “Sent Ceyms Park” tutub.”Qırmızı şeytanlar”ın stadionu “Old Trafford” isə ilk üçlüyü tamamlayıb.

Üç ən pis arena isə “Selhurst Park” (Kristal Pelas), “Kenivors Rod” (Luton Taun) və “Vitaliti Stadium” (Bornmut) seçilib.

Maraqlıdır ki, son çempion “Mançester Siti”nin ev oyunlarını keçirdiyi “Etihad” stadionu ilk onluğa belə düşməyib və cəmi 11-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan