- Baxış sayı: 36
- 29 Mart 2026 14:51
- Baxış sayı: 121
- Mart 29, 2026
- 0

Bu gün Premyer liqada 12-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.
Öncə “Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Matç ev sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.
Turun son oyununda “İnter” və AzAL komandaları üz-üzə gəliblər. “Bankçılar” böyük hesabla qalib gələrək liderlər qrupunda yerini qoruyub – 3:0.