“İnter” ilə “Zirə” Boluda eyni yerdə məskunlaşacaq

Ölkəmizi Avropa liqasının ilk təsnifatında təmsil edəcək “İnter” hazırlığın əsas mərhələsini Türkiyənin Bolu şəhərində keçəcək. Allsport.az saytı xəbər verir ki, paytaxtlılar 4-ulduzlu “Termal” mehmanxanasında qalacaqlar.
Zaur Svanadze komandası qardaş ölkəyə iyunun 4-də yola düşəcək. “Ağlar” iyunun 19-da püşkatma Avroliqada rəqibini bilən günü Bakıya qayıdacaq.
“Zirə” də eyni oteldə məskunlaşacaq. Amma “qartallar” Boluya iyunun 10-da üz tutacaq. Ayxan Abbasovun dəstəsi iyunun 21-dək təlim-məşq toplanışında olacaq.

 

Həmin kateqoriyadan