- Baxış sayı: 32
- 10 Mart 2026 13:24
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“İnter Mayami”nin prezidenti Xorxe Mas yeni futbolçusu Lionel Messinin nə qədər maaş alacağını açıqlayıb.
“Müqaviləyə əsasən, Messi ildə 50-60 milyon dollar qazanacaq.
Messinin transferi üçün 3 il danışıqlar apardım” – Mas deyib.
Xatırladaq ki, 36 yaşlı argentinalı PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “İnter Mayami”yə keçib.
Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Messiyə hər mövsüm üçün 500 milyon avro maaş təklif etdiyi bildirilirdi.