- Baxış sayı: 12
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

İtaliya çempionatının 30-cu turunun “İnter” – “Empoli” oyunu keçirilib.
Allsport.az xəbər verir ki, görüş milanlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Simone İnzaqinin komandası ilk 30 liqa oyununda 25 qələbə qazanıb – tarixlərində ikinci dəfə.
Bu, ilk dəfə 2006/07 mövsümündə, milanlılara Roberto Mançininin rəhbərlik etdiyi vaxt baş verib.
“İnter” 79 xalla “A” seriyasının turnir cədvəlinə başçılıq etməyə davam edir. Milanlılar növbəti mövsüm üçün çempionlar liqasına vəsiqə qazanıb.