Bakı “İnter”inin sahibi Cahangir Hacıyev həbs olundu!

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, “İnter” klubun fəxri prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyev həbs edilib. Allsport.az saytı xəbər verir ki, maliyyə xəyanətində suçlanan məhkum dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur.

Faktı APA-ya Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Məlumata görə, onu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb. Xatırladaq ki, Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.

Həmin kateqoriyadan