- Baxış sayı: 15
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Latviya millisinin məşhur futbolçularından olan, bir vaxtlar Azərbaycanda “İnter” (hazırkı “Şamaxı”), “Qarabağ” və “Simurq”da çıxış edən Andrey Rubins vəfat edib. Allsport.az saytı xəbər verir ki, 43 yaşlı keçmiş yarımmüdafiəçi bu gün qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi haqda hələlik bilgi yoxdur.
Andrey millidə ən çox oyun keçirən (117 matç) 2 futbolçudan biridir. O, Avro-2004-ün final mərhələsinin iştirakçısı olub.
Rubins 4 il müddətində Azərbaycanda çıxış edib. O, “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) oynayıb. 2012-ci ildə karyerasını başa vurub.