- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Bavariya”nın maraqla bağlı söz-söhbətləri fonunda sosial şəbəkələrdə hazırkı klubunda xoşbəxt olduğunu iddia edən açıqlama yayıb.
Allsport.az xəbər verir ki, daha əvvəl mətbuatda 30 yaşlı türkiyəli futbolçunun Münhen klubu ilə danışıqlar aparması ilə bağlı məlumat yayılıb və bu, “neradzurri” rəhbərliyinin narazılığına səbəb olub.
“Mətbuatdakı son söz-söhbətlər fonunda fürsətdən istifadə edərək vəziyyətlə bağlı birbaşa danışmaq istərdim. İndiyədək Türkiyə millisinin kapitanı olduğum üçün bütün diqqətimi Avro-2024-ə yönəltdiyim üçün söz-söhbətlərə münasibət bildirməkdən çəkinmişəm. Ancaq mən hesab edirəm ki, növbəti anlaşılmazlıqların qarşısını almaq üçün indiki məqamda aydın bir bəyanatla çıxış etməyi məqsədəuyğun hesab edirəm.
“İnter”də çox xoşbəxtəm. Klubla və inanılmaz azarkeşlərimizlə münasibətim həqiqətən xüsusidir. Birlikdə böyük uğurlar qazandıq və gələcəkdə “İnter”lə daha da çox kuboklar qazanacağıma görə həyəcanlıyam.
Bir daha deyirəm, indi bütün diqqətimi ölkəmdəki insanları xoşbəxt etməyə yönəltmişəm. Anlayış və dəstəyə görə təşəkkür edirik” – deyə yazıb Hakan.