- Baxış sayı: 28
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 26
- Noyabr 26, 2024
- 0
Bakının “İnter” klubu premyer liqasında yubiley qolunu vurub. Allsport.az saytı xəbər verir ki, 15-ci turun “Kəpəz”lə ev oyununda 4:1 hesablı qələbə qazanan paytaxt təmsilçisinin 1-ci qolu əhəmiyyətli olub. Komandasının bərabərlik qolu 45+2-ci dəqiqədə vuran Nizami Hacıyev “İnter”in Azərbaycan çempionatlarında 650-ci topunun müəllifi olub. Bakılılar buna ölkə çempionatındakı 476-cı matçında nail olub.
Bu qarşılaşmalarda 244-cü qələbəsini əldə edən komanda qol sayını 653-ə çatdırıb. “İnter”in orta məhsuldarlığı 1,37-yə bərabərdir. Paytaxt klubunun 653 qolundan 366-sı evdə, 287-si səfərdə vurulub.
Klubun ilk qolu 1999-cu il noyabrın 7-nə təsadüf edib. “Xəzər Universiteti” adı ilə çıxış edən komanda 1999/2000 mövsümünün 2-ci turunda “Neftçi”yə 2:3 hesabı ilə uduzub. Samir Ələkbərovun 37-ci dəqiqədəki qolu indi “İnter” adlanan klubun tarixində ilk top kimi tarixə düşüb.
Qeyd edək ki, “İnter” Azərbaycan çempionatlarındakı qol sayında 5-ci göstəriciyə malikdir. Yalnız 4 komanda – “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan” daha çox fərqlənib.