- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“İnter” “Rəvan”la Azərbaycan çempionatında keçirdiyi 10-cu qarşılaşmada da qalib gəlib. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 17-ci turunun səfər matçında 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin baş məşqçisi olduğu komanda əvvəlki 9 görüşdə də rəqibinə xal verməyib.
Bu 10 qarşılaşmada “İnter” 24, “Rəvan” 5 qol vurub. Paytaxt derbisindəki bu göstərici eyni rəqiblə keçirdiyi bütün matçlarda qələbə qazanmaq sayında mütləq rekorddur. Ən azı 10 dəfə qarşılaşan bütün digər cütlərdə hər iki komanda xal qazanıb.
Eyni rəqiblə matçlardakı qələbə seriyalarına gəlincə, daha 7 cütdə eyni komanda 10 və daha çox qarşılaşmada rəqibinə xal verməyib. Amma həmin uğursuz klub ölkə çempionatlarında nə vaxtsa rəqibindən xal almağı bacarıb. Seriyalarda mütləq rekord da “İnter”ə məxsusdur. Bakılılar “Turan”ı ardıcıl 16 dəfə məğlub edib. “Neftçi” Qusar “Şahdağ”ını 13, “Qarabağ” MOİK-i 12 oyun xala həsrət qoyub. “Neftçi” “Kür-Nur”u 11, “Kəpəz” “ANS-Pivani”ni, “Turan” iki komandanı Bərdə “Pambıqçı”sını və Qusar “Şahdağ”ını ardıcıl 10 görüşdə məğlub edib.