“İnter”in yeni prezidenti ictimaiyyətə təqdim olunub
22 dekabr 2016 / 18:07 Baxış sayı: 774 “İnter” klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Allsport.az saytı xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, 1977-ci il təvəllüdlü Azər Əliyev “ağlar”ın prezidenti vəzifəsinə təyin edilib.
Onun son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Ciu-Citsu federasiyasının vitse-prezidenti olub, eyni zamanda Kikboksinq federasiyası ilə əməkdaşlıq edir.