- Baxış sayı: 11
- 28 Noyabr 2024 10:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
İntizam komitəsinin bu gün keçirilən iclasında qərarlar qəbul edilib.
Allsport.az xəbər verir ki, premyer liqanın XII turunun “Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);
“Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunur (maddə 54);
XII turun “Sabah” – “Keşlə” oyununda “Keşlə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XII turun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XII turun “Sumqayıt” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
I Divizionun X turunun “Sumqayıt-2” – MOİK oyununda “Sumqayıt-2” komandasının futbolçusu Cəlal Cəbrayılov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Sumqayıt-2” – MOİK oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);
X turun “Qarabağ-2” – “Zaqatala” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
“Qarabağ-2” komandasının futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur (maddə 47.1);
X turun “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah-2” komandasının futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırdığı üçün komanda 240 manat cərimə olunur. Vurulmuş zərər “Sabah-2” komandası tərəfindən qarşılanmalıdır (maddə 65.1 , 65.2);
X turun “Neftçi-2” – “Səbail-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
X turun “Kəpəz” – “Zirə-2” oyununda “Kəpəz” klubunun texniki zonada oturan bəzi şəxsləri “A” buraxılış vəsiqəsindən istifadə etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 61.3).