- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 92
- Mart 29, 2026
- 0

Allsport.az xəbər verir ki, “İnter”in baş direktoru Cüzeppe Marotta baş məşqçi Simyone İnzaqinin gələn mövsüm də komandaya rəhbərlik etməyə davam edəcəyini bildirib:
“Bu il İnzaqini əvəzləmək barədə bir saniyə belə düşünməmişik. O, rəhbərliyinin nəticəsi olan komandanın çıxışları sayəsində mövqeyini möhkəmləndirə bilib.
İnzaqinin qalma şansı 100 faizdir. O, bizim baş məşqçimizdir və gələn mövsüm də belə qalacaq”.
2022/23 mövsümündə İnzaqinin rəhbərliyi altında “İnter” Çempionlar Liqasının finalına yüksəlib.
“A” seriyasında milanlılar sona iki tur qalmış “Latsio”dan 2 xal geri qalaraq 3-cü yerdədir.