- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Premyer liqanın son 38-ci turunun oyunları keçirilib və nəticədə bir mövsümdə qol sayına görə yeni rekord qeydə alınıb.
Allsport.az xəbər verir ki, rekord 1223-cü qolu “Liverpul”un müdafiəçisi Yarell Quanse “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəldikləri oyunda vurub. Komandalar turnirin yekununda ümumilikdə 1246 qol vurub.
Əvvəlki rekord 1222 qol olub və 1992/93 mövsümündə qeydə alınıb. Həmin vaxt İngiltərə yüksək divizionuna 22 komanda daxil idi.