İqor Ponomaryov: Bu cinayətdir!

Uzun illər “Neftçi”də çıxış edən, millidə baş məşqçi işləyən futbolun əfsanəsi İqor Ponomaryov erməni vandallarının Gəncədə törətdikləri vəhşiliyə biganə qalmayıb. Allsport.az saytı xəbər verir ki, olimpiya çempionu Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması ilə bağlı sosial şəbəkədə paylaşım edib:

“Erməni ordusunun raket atdığı Gəncə döyüş zonasından uzaqda yerləşir. Orada hərbi obyekt yoxdur, 500 min əhali yaşayırBuna görə də Gəncəyə raket atan erməni tərəfi bilərəkdən mülki əhalini hədəfə alıb. Raket hücumu Gəncə sakinləri yatarkən onları çətin vəziyyətə qoyub. Ölənlər arasında çox sayda qadın və uşaq var. Bu cinayətdir! Hətta müharibənin də öz qaydaları var. Azərbaycan öz əraziləri və öz tarixi torpaqlarının azad olunması üçün mübarizə aparır”.

Həmin kateqoriyadan