İqor Ponomaryov: Maşallah Əhmədov haqda yazılanlara inanmaq istəməzdim

Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov “Neftçi”də birgə çıxış etdikləri Maşallah Əhmədovun həbs olunması xəbərinə münasibət bildirib. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, olimpiya çempionu yazılanlara inanmaq istəmədiyini deyib:

“Maşallah Əhmədov haqda xəbər mənə pis təsir etdi. Məlumatın doğru olub-olmadığını öyrənmək üçün dərhal Oqtay Abdullayevlə telefon əlaqəsi saxladım. Uzun illər “Neftçi”də birgə çıxış etmişik. O, yadımda vicdanlı, şən insan kimi qalıb. Yazılanlara inanmaq istəməzdim. Tez bir zamanda problemin yaxşı məcrada həll olunmasını istərdim”.

Xatırladaq ki, Maşallah Əhmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.

Həmin kateqoriyadan