- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Yunanıstanın PAOK klubunun baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“İndi elə bir vəziyyət yaranıb ki, biz rəqiblərimizdən daha çox özümüzü düşünməliyik. “Qəbələ” ilə oyunda əsl komanda görmək istəyirəm. Məşqlərdə yaxşı atmosferin şahidi olmuşam. Uşaqlarla aparılan psixoloji işin nəticəsini oyunda görəcəyik. Psixologiya həmişə önəmlidir. Bu, bizim işimizin bir hissəsidir. Düzgün vaxtda, düzgün sözlər demək lazımdır. Nəticə isə meydanda görünür. Meydana hazırda ən yaxşı hazırlığa malik futbolçuları çıxaracağıq. Lakin bu, ehtiyatda qalan futbolçularımızın bizim üçün önəmsiz olduğu anlamına gəlmir”.