İranə Əhmədova: Uniforma və akkreditasiya mərkəzi artıq tam gücü ilə fəaliyyətə başlayıb

Formula-1 Azərbaycan qran-prisinin uniforma və akkreditasiya mərkəzi artıq tam gücü ilə fəaliyyətə başlayıb. Allsport.az saytı xəbər verir ki, builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə, yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər.

100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəz cari ilin 12 iyun tarixinədək fəaliyyət göstərəcək. Bakı şəhər halqası əməliyyat
şirkətinin insan resursları və işçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin fəaliyyətindən bunu deyib:

“Könüllülər yarışın ayrılmaz hissəsidir. Onların yarışdan öncə fəaliyyəti ilk olaraq, məhz uniforma və akkreditasiya mərkəzində başlayır. Onlar mərkəzdə yüksək xidmətin göstərilməsində bilavasitə mühüm rol oynayırlar”.

Həmin kateqoriyadan