İran DÇ-2026-dan imtina edir?

İranın futbol üzrə komandası builki dünya çempionatında iştirakdan imtina edə bilər.

Allsport.az xəbər verir ki, İran futbol federasiyasının prezidenti Mehdi Tac “Marca” nəşrinə verdiyi açıqlamada bildirib ki, regionda baş verən son hərbi hadisələr və ABŞ-nin hücumlarından sonra turnirdə iştirak sual altındadır.

“Bu gün yaşanan hadisələrdən sonra dünya çempionatına ümidlə baxmaq çətindir. Lakin bu məsələ ilə bağlı son qərarı ölkənin idman rəhbərliyi verməlidir”, – deyə M.Tac qeyd edib.

Fevralın 28-də ABŞ və İsrail qüvvələri tərəfindən İrana qarşı genişmiqyaslı hava hücumları həyata keçirilib. DÇ-2026-nın püşkatmasına əsasən, İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə “G” qrupunda yer alıb və bütün qrup oyunlarını ABŞ ərazisində (Los-Anceles və Sietl şəhərlərində) keçirməlidir. Federasiya rəhbərliyi artıq ölkə çempionatını da qeyri-müəyyən müddətə dayandırıb.

Həmin kateqoriyadan