İrlandiyada bizə qarşı kimlər oynayacaq?

İrlandiya millisinin DÇ-2022-nin seçməsində Portuqaliya (1 sentyabr), Azərbaycanla (4 sentyabr) və Serbiyaya (7 sentyabr) qarşı keçirəcəyi oyunlar üçün heyətini açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Stiven Kenni adları aşağıda qeyd olunan 25 futbolçunu heyətdə görmək istəyib.

Qapıçılar: Kuivin Kelleher (“Liverpul”, İngiltərə), Qavin Bazunu (“Mançester Siti”, İngiltərə), Mark Travers (“Bornmut”, İngiltərə),

Müdafiəçilər: Şeymus Koulman (“Everton”, İngiltərə), Mett Doerti (“Tottenhem”, İngiltərə), Şeyn Daffi (“Brayton”, İngiltərə), Con İqan (“Şeffild Yunayted”), Dara Oşi (“Vest Bromviç”, İngiltərə), Rayan Manning (“Swansea”, Uels), Ceyms Makkleyn (“Uiqan”, İngiltərə), Andryu Omobamidele (“Norviç”, İngiltərə), Nathan Kollins (“Börnli”, İngiltərə)

Yarımmüdafiəçilər: Jamie Gullan (“Hibernian”, Şotlandiya), Ceff Hendrik (“Nyukasl”, İngiltərə), Konor Hurihan (“Aston Villa”, İngiltərə), Harri Arter (“Nottingem Forest”, İngiltərə), Jamie McGrath (“Sent-Mirren”, Şotlandiya), Jayson Molumby (“Brayton”, İngiltərə)

Hücumçular: Aaron Connolly (“Brayton”, İngiltərə), James Collins (“Kardiff”, İngiltərə), Adam Ayda (“Norviç”, İngiltərə), Troy Parrott (“Tottenhem”, İngiltərə), Şeyn Lonq (“Sautgempton”, İngiltərə), Ronan Curtis (“Portsmouth”, İngiltərə), Daryl Horgan (“Uikom Uonderers”, İngiltərə)

Həmin kateqoriyadan