İşçi qrupunun növbəti görüşü

Fransanın Strasburq şəhərində Avropa şurasının “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında” konvensiyasının daimi komitəsinin nəzdində yaradılan AÇ-2020-yə hazırlıq işçi qrupunun 5-ci görüşü keçirilib.

Allsport.az saytı xəbər verir ki, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva görüşdə iştirak edib. 13-16 oktyabrda Avropa Şurasının daimi komitəsinin nümayəndələri səfər edərək Bakı olimpiya stadionuna baxış keçirmişdilər.

Nümayəndələr dövlət qurumları (Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti) ilə görüşmüş, idman yarışlarına, futbol oyunlarına hazırlıq və əməliyyat prosesi, AÇ-2020-yə hazırlıq müzakirə edilmişdi.

Həmin kateqoriyadan