İsgəndər Əsgərova növbəti təyinat

Azərbaycan həndbol federasiyasının (AHF) idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

Allsport.az xəbər verir ki, mütəxəssis qadınlar arasında Avropa kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor”- PAOK görüşündə Avropa həndbol federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” idman kompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Həmin kateqoriyadan