- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörəngücü” səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Keçiörəngücü” 13 turdan sonra 10 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.