- Baxış sayı: 21
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Neftçi” ölkə çempionatının 16-cı turunda “Keşlə” ilə oyunun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”la qarşılaşmadan (1:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün “İsmət Qayıbov” adına bazada məşqə çıxıb.
Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, fevralın 10-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Keşlə” oyunu saat 14:00-da başlanacaq.