- Baxış sayı: 6
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov, İsmayıllıda olub. Allsport.az saytı xəbər verir ki, onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib.
Elxan Məmmədov rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib.
İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta və top hədiyyə olunub. Adı çəkilənlər uşaqlarla birgə futbol oynayıblar.