İspan oyunçu son klubunda qazandığının dördqat artığını verən “Neftçi”yə keçdi

“Neftçi” heyətinə yeni futbolçu qatıb. Allsport.az xəbər verir ki, paytaxt klubu ispaniyalı hücumçu Antonio Salas Kinta ilə güclənib.

Futbolçu daha çox ləqəbi – “Anete” ilə tanınır. 29 yaşlı forvard bakılılarla bir illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Anetenin son klubu Bolqarıstanın “Levski” klubu olub. O, Bolqarıstan mətbuatına açıqlamasında bəyan edib ki, Azərbaycan klubuna daha yaxşı maliyyə şərtləri olduğuna görə keçib. Belə ki, o, “Levski”də aldığının dörd qat artığını qazanacağını bəyan edib.

İspaniyanın “Real Sosyedad” klubunun yetirməsi olan futbolçu daha sonra yerli “Korya”, “San Roke”, “Real Xaen”, “Keuta”, “Olimpiakos” (Volou, Yunanıstan), “Niki Volos” (Yunanıstan) kimi komandalarda da top qovub.

Həmin kateqoriyadan