İspaniya 23 nəfər saxlanlıb. Onlar danışılmış oyunlarından 0,5 milyon avro qazanıblar

İspaniyanın hüquq-mühafizə orqanları danışılmış oyunlarının təşkilində şübhəli bilinən 23 nəfəri saxlayıb. Allsport.az saytı xəbər verir ki, onların təkcə İspaniyada deyil, Andorra və Cəbəllütariq çempionatlarında da iştirak ediblər. Eyni cinayətkar şəbəkənin 21 üzvü hələ 2021-ci ildə istintaqa cəlb olunub.

İspaniyanın birgə polis qüvvələri, İnterpol və Europol 30 matçın nəticələrinə təsirini araşdırır. Vicdansız oyun cinayətkarlara 0,5 milyon avroya qədər gəlir gətirə bilər. İstintaqın ilkin nəticələrinə görə, sxem belə olub: qrupun iki lideri oyunçular və ya komanda heyəti ilə əlaqə saxlayırdılar, bundan sonra futbolçular ya tələb olunan mərclərin daxil olmasını təmin edirlər, ya da onlara bu və ya digər mərc seçməkdə köməklik üçün müxtəlif insayder məlumatları ötürrüdülər.

Həmçinin qrupda xüsusi insanlar işləyirdi. Onlar alınan məlumatlara və ya razılaşmalara əsasən mərc edirdilər. Bunun üçün onlar 4000 avrodan 24 min avroya qədər pul alıblar.

Həmin kateqoriyadan