İspaniya – Argentina matçı təxirə salına bilər

İspaniya və Argentina yığmaları arasında keçirilməsi planlaşdırılan “Finalissima” matçı sual altındadır.

Allsport.az xəbər verir ki, Qətər futbol federasiyası yaxın şərqdəki gərgin vəziyyətlə əlaqədar martın 1-dən etibarən ölkədəki bütün futbol turnirlərini və oyunlarını qeyri-müəyyən müddətə dayandırıb.

Avropa və cənubi Amerikanın son çempionlarını üz-üzə gətirən bu mötəbər qarşılaşma martın 27-də Dohadakı “Lusail” stadionunda baş tutmalı idi.

Hazırda UEFA və CONMEBOL-un matçın vaxtını dəyişdirəcəyi, yoxsa başqa ölkəyə keçirəcəyi barədə rəsmi qərarı gözlənilir.

Həmin kateqoriyadan