- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0

İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes Avropa çempionatının yarımfinalında Fransa ilə qarşıdakı görüşdən danışıb.
Allsport.az xəbər verir ki, o, rəqib komandanın əla fiziki hazırlığa malik olduğunu bildirib:
“Fransa millisi dünyanın ən yaxşı iki komandasından biridir. Artıq bir neçə ildir ki, özlərini sübut edirlər. Əla fiziki hazırlığa malikdirlər və əks-hücumlarda əladırlar. Fransada çoxlu istedadlı futbolçular var. Amma biz onlardan qorxmuruq. İspaniya bura titul üçün gəlib”.