- Baxış sayı: 29
- 03 Mart 2026 17:26
- Baxış sayı: 54
- Mart 02, 2026
- 0

İspaniya kral futbol federasiyası baş məşqçi Luis de la Fuente ilə müqavilənin uzadıldığını açıqlayıb. Allsport.az xəbər verir ki, 63 yaşlı mütəxəssislə yeni müqavilə 2028-ci ilə qədərdir.
Luis de la Fuente 2022-ci ilin dekabrında Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeşə uduzduqdan sonra vəzifəsini tərk edən Luis Enrikenin istefasından sonra İspaniya millisinin baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında milli komanda 2024-cü il Avropa çempionatının qalibi olub.