“İspaniya sübut etdi ki, çox yaxşı komandadır”

“İspaniya sübut etdi ki, çox yaxşı komandadır. Hesabı açmaq bizə qismət oldu, lakin rəqib topa daha yaxşı nəzarət etdiyi üçün bizə problem yaratdı”.

Allsport.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün yarımfinal mərhələsində İspaniyaya uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib. 

O, komandasının dinamik oynamadığını və hücuma lazım olan qədər çıxmadığı üçün məğlubiyyətdən qaça bilmədiklərini qeyd edib: “Bu gün İspaniya öz ustalığını nümayiş etdirdi. Bir az gecikdik və yəqin ki, komanda o qədər də yaxşı formada deyildi. Bu da bəzi texniki xətalara səbəb oldu, xüsusən də hücumumuzda. Biz kifayət qədər irəli getmədik. Buna görə də lazım olan yerdəyik”.

Həmin kateqoriyadan