- Baxış sayı: 97
- 20 Mart 2026 23:43
- Baxış sayı: 138
- Mart 19, 2026
- 0

DÇ-2022-nin seçmə mərhələsində İspaniya – Kosovo oyununda qalmaqal yaşanıb. Allsport.az xəbər verir ki, Kosovonu dövlət kimi tanımayan İspaniyada oyunu yayımlayan yerli kanal qonaq komandanın adını kiçik hərflə “kos” qeyd edib.
Eyni addımı İspaniya Futbol Federasiyası da atıb. Federasiya matçın anonsunda Kosovonun adını kiçik hərflə qeyd edib. Bundan əlavə, Kosovonun baş məşqçisi Bernard Şallandesin mətbuat konfransında yerli jurnalistlər qonaq komandanın adını çəkməyiblər. Bu isə Kosovonun texniki heyətinin xoşuna gəlməyib.
Oyunda isə İspaniya 3:1 hesablı qələbə qazanıb.