İspaniyalı mütəxəssis hamını qabaqladı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente beynəlxalq futbol tarixi və statistikaları federasiyası (İFFHS) tərəfindən 2024-cü ilin ən yaxşı milli komanda məşqçisi seçilib.

Allsport.az xəbər verir ki, sorğunun nəticələrinə görə, 63 yaşlı mütəxəssis 274 xal toplayaraq Argentina millisindən Lionel Skaloni (148) və Fransadan Didye Deşamı (35) qabaqlayıb.

Namizədlər arasında İngiltərə yığmasının keçmiş baş məşqçisi Qaret Sautqeyt, Emers Fae (Fildişi Sahili), Yulian Nagelsmann (Almaniya), Nestor Lorenzo (Kolumbiya), Vinçenzo Montella (Türkiyə), Villi Sanol (Gürcüstan) və Marselo Byelsa (Uruqvay) da olub.

İspaniya millisi bu il keçirdiyi 17 oyundan 14-də qalib gəlib. Komanda yayda keçirilən Avropa çempionatının qalibidir.

Həmin kateqoriyadan