- Baxış sayı: 28
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 49
- Noyabr 26, 2024
- 0
İspaniyanın məşhur “El Pais” qəzetində “Ruhlar şəhərinin komandası” sərlövhəli məqalə dərc olunub. Allsport.az saytı xəbər verir ki, yazıda “Qarabağ” klubu Ermənistan ilə Azərbaycan arasında baş verən müharibə nəticəsində 20 ildən artıqdır öz doğma meydanında oynaya bilmədiyi qeyd olunub.
Yazıda Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmova istinadən Ağdam və Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, münaqişə nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi deyilib.
AzərTAc-in məlumatına görə, məqalədə, həm də “Qarabağ” klubunun məşqçi heyətinin üzvü olan ispaniyalı mütəxəssis Ruben Sellesin də fikri yer alıb. O, bu klubun tarixindən və müasir dövrdəki uğurlarından söz açıb.