İspaniyanın “AS” nəşri “Qarabağ”ın ölkə kubokunu qazanmasından yazıb

İspaniyanın “AS” idman qəzetində “Madera, Kintana və Selles Azərbaycanda dubla nail oldular” sərlövhəli yazı dərc edilib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı futbolçular Dani Kintana, Miçel Madera və məşqçi Ruben Selles “Qarabağ” futbol klubunun heyətində erkən Azərbaycan çempionluğunu qazanıb.

Bu dəfə ölkə kubokunu qazanan “köhlən atılar”ın futbolçuları “qızıl dubl”a seviniblər. AzərTAC-ın məlumatına görə, yazıda Azərbaycan kubokunun finalında “Qarabağ”-“Qəbələ” matçı haqqında ətraflı məlumat verilir.

Həmin kateqoriyadan