“İspanlar turnirdə ən yaxşı oyununu nümayiş etdirirlər”

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio Avropa çempionatının yarımfinalında İspaniya yığması ilə görüşdən gözləntilərini bölüşüb.

Allsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, rəqibin yaxşı hücum bacarığı olduğunu söyləyib:

“İspanlar turnirdə ən yaxşı oyununu nümayiş etdirirlər. Onların yaxşı hücumu var, qol vura bilir. İspaniyanın güclü tərəfləri olan çox sıx bağlı komandası var. Ancaq eyni zamanda, onların zəif tərəfləri də var. Biz özümüzə arxayınıq və nə etmək lazım olduğunu bilirik”.

Həmin kateqoriyadan