- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 179
- Mart 19, 2026
- 0

İspaniyanın “Luqo” klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.
Allsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi artıq kollektivlə məşqlərinə qoşulub.
Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar bir neçə gündən sonra veriləcək.
Eddi İsrafilov iyunda “Albasete”dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.