İsrafilov fərdi məşqə başlayıb

“Neftçi” bölgə toplanışını davam etdirir.

Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” bu gün Qəbələ şəhər stadionunda növbəti məşqə çıxıb. Fiziki, toplu və taktiki çalışmalarda əməliyyatdan sonra bərpanı başa vuran Eddi İsrafilov da iştirak edib. O, komandadan ayrı, fərdi məşğul olub.

Toplanışa sabah yekun vurulacaq. Səhər məşqindən sonra Bakıya qayıdacaq komanda “Araz-Naxçıvan”la matçın hazırlığını paytaxtda davam etdirəcək. Oyun sentyabrın 16-sı saat 18:00-da “Dalğa arena”da keçiriləcək.

“Neftçi” 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.

Həmin kateqoriyadan