İsrafilovun durumu hansı yerdədir?

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə” ilə ilk matçda (0:1) zədələnən Eddi İsrafilovun durumuna aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, o, müayinədən keçib. Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı açıqlama verib:

“Eddi İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmayıb. Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir. O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Yəni futbolçunun səhhətində ciddi problem yoxdur”.

Həmin kateqoriyadan