- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

FİFA – İsrail milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakını qadağan etmək qərarına gələ bilər. Allsport.az saytı xəbər verir ki, FİFA şurasının növbədənkənar iclası iyulun 20-nə təyin edilib.
Hüquqşünas Maks du Plessisin hesabatına görə, İsrail hakimiyyətinin Fələstindəki hərəkətləri FİFA-nın əsas məqsəd və ideyalarını sarsıdır. Bundan əlavə, hesabatda İsrailin insan hüquqlarını pozduğu, ölkə hökumətinin milli mənsubiyyətinə görə ayrıseçkilik etdiyi, bunun humanitar məqsədlərə və FİFA-nın mövqeyinə zidd olduğu bildirilir.
May ayında Fələstin futbol assosiasiyasının rəhbəri Cibril Racup FİFA-dan İsrail futbol federasiyasının təşkilata üzvlüyünü dayandırmağı tələb etmişdi. İsrail 2023-cü il sentyabrın 7-də Qəzza zolağında hərbi əməliyyata başlayıb və bu gün də davam edir.