- Baxış sayı: 68
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Turan Tovuz” premyer liqanın 22-ci turunda evdə “Qəbələ”ni 2:1 məğlub edib. Allsport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bunu söyləyib:
“Gərgin oyun idi. Evdə, azarkeşlərimizin qarşısında seriyanı davam etdirmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm idilər. Ən vacib anda 12-ci oyunçuya çevrildilər.
Maksimum çalışdıq ki, oyun nəzarətimizdə olsun. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. İstədiklərimizi, yavaş-yavaş da olsa, görə bilirik. Yaxşı qələbə idi. Bundan sonra daha da çətinləşir. “Qəbələ”yə də uğurlar arzu edirəm”.