“İstədiyimiz yerə çatmaq üçün daha çox çalışmalıyıq

“Araz-Naxçıvan” premyer liqanın 2-ci turunda öz meydanında “Şamaxı”ya 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra “al qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev açıqlama verib:

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda hücum futbolu oynamağa çalışdı. “Şamaxı” yeni komanda olsa da, Ayxan müəllim hər zaman əzmkar kollektiv formalaşdıra bilir. Bunu nəzərə alıb, həftə ərzində komandanı ağır oyuna kökləmişdik.

Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Tədricən daha yaxşı kollektiv görəcəyik. Komanda bunun siqnalını verir ki, hücum fazasında daha yaxşı oynayaq. Futbolçuları təbrik edirəm. İlk qələbəmizdir. İstədiyimiz yerə çatmaq üçün daha çox çalışmalıyıq”.

Həmin kateqoriyadan