- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Mil-Muğan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 7:0 hesablı qələbədən sonra bunları söyləyib:
“Hər bir oyunda qazanılan qələbə önəmlidir. İstənilən qələbə psixoloji cəhətdən komandaya kömək edir. Bu baxımından rəqibin fərqi yoxdur. 9 oyundur qələbə qazana bilmirdik. 9 oyundan 7-də biz istədiyimiz kimi oynamışıq. Yaxşı hücumlar qurmuşuq, sadəcə, qələbə qazana bilməmişdik. Düşünürəm ki, bu seriya “Mil-Muğan”la oyunla yekunlaşır. İstərdim ki, bu qələbə ilə başımıza gələn bütün pisliklərin “boynunu buraq”.