“İstəyirəm ki, gözəl oyun nümayiş etdirək”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Fransa yığmasına qarşı bu gün keçiriləcək Avro-2024-ün 1/4 final oyunu haqda danışıb.

Allsport.az xəbər verir ki, keçirdiyi mətbuat konfransında 50 yaşlı ispan mütəxəssis deyib:

“İstəyirəm ki, gözəl oyun nümayiş etdirək və qollar vuraq. Məhz bitiricilik bizim hələ də çatışmayan tərəfimizdir. Ona görə də biz həmişə ən yaxşı oyumumuzu oynamağa çalışırıq. Yaxşı oynadığımız zaman qalib gəlmək şansımız daha çox olur”.

Martinez kapitanları Kriştiano Ronaldo haqqında da danışıb:

“Milli komandanın heyətində çox titul qazanan, çoxlu sayda oyun və qol rekordları qıran birini görmək vacibdir. Onun komandaya gətirdiyi təravət təəccüblüdür. O, bir nümunədir: hər gün qalib gəlmək, hər gün yarışmaq istəyir. Fədakar oyunçunuz olanda onun keçmişdə etdiklərini unudun. Fədakar oyunçu bir imtiyazdır”.

Həmin kateqoriyadan