- Baxış sayı: 90
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Union Berlin”in müdafiəçisi Leonardo Bonuççi karyerasına Türkiyədə davam edə bilər.
Allsport.az xəbər verir ki, italyalı futbolçu ilə “Fənərbağça” yaxından maraqlanır. Klublar arasında danışıqlar davam edir.
36 yaşlı oyunçu keçən ilin sentyabrından Almaniya klubunda çıxış edir. O, paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə 10 oyun keçirib, 1 qol vurub.